“ASAN xidmət” xüsusi iş rejiminə keçir
Bizi izləyin

Qırmızı.az

“ASAN xidmət” xüsusi iş rejiminə keçir

Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri I Avropa Oyunlarının keçiriləcəyi müddətdə öz fəaliyyətini xüsusi iş rejimində davam etdirəcək.

Publika.az xəbər verir ki, vətəndaşlar 12-28 iyun tarixlərində saat 09:00-dan 15:00-dək nahar fasiləsi olmadan “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, iş qrafikinə dəyişiklik etməkdə məqsəd I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaqdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm