“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib
Bizi izləyin

Qırmızı.az

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib

AMEA Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib.

İnstitutdan Publika.az-a verilən məlumatda bildirilib ki, atlas institutun Dil tarixi və dialektologiya şöbəsinin "Dialektoloji atlas" qrupunun birgə əməyinin bəhrəsidir.

“Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer alıb. Atlasda həm də ilk dəfə olaraq mp3 formatında canlı səs yazıları verilib. Burada informasiyanı verən şəxslərin canlı danışıqları da var və onları dinləmək də mümkündür.

Atlasda Azərbaycanın və Naxçıvanınxəritəsi də verilib. Atlasın tərtibçiləri Z.Xasiyev, K.İmamquliyeva, K.Quliyeva, Q.Qəmbərova və M.Məmmədlidir.

Qeyd edək ki, lüğət Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı çap olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm