İş axtaranların nəzərinə!
Bizi izləyin

Qırmızı.az

İş axtaranların nəzərinə!

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə bu ay 3 rayonda əmək yarmarkaları keçirəcək.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, cari ay ərzində Tovuz, Ağstafa, Neftçala rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Hazırda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanmaqdadır.

Tədbirlərdə işəgötürənlərin nümayəndələri də iştirak edəcək. Yarmarkalar zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq. Sosial cəhətdən həssas əhali qruplardan olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm