Şövkət Tağıyeva dünyasını dəyişdi
Bizi izləyin

Qırmızı.az

Şövkət Tağıyeva dünyasını dəyişdi

Azərbaycanın tanınmış tarixçi-şərqşünas alimi, professor Şövkət Tağıyeva vəfat edib.

Şövkət Tağıyeva bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun bu gün dəfn olunacağı bildirilib.

Qeyd edək ki, Şövkət Əzizağa qızı Tağıyeva 1926-cı ildə anadan olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi (1948-1958), Şərqşünaslıq İnstitutunda baş elmi işçi (1958-1976), şöbə müdiri (1976-1992) işləyib. 1992-ci ildən həmin institutda aparıcı elmi işçi kimi çalışıb.

İranın, Cənubi Azərbaycanın yeni və ən yeni tarixini tədqiq edib. Elmi fəaliyyətə İranda, Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlayıb.

Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan tarixi şöbəsinin yaradıcısı və rəhbəri olub.

"Cənubi Azərbaycan tarixi oçerki 1828-1917" (Bakı,1985), "Cənubi Azərbaycan tarixi məsələləri" (Bakı, 1989-1991) kitablarının əsas müəlliflərindən biri, elmi redaktoru olub.

Ş. Tağıyeva milli azadlıq hərəkatında, Müsavat Partiyasının bərpasında yaxından iştirak edib. Müsavat Partiyasının Məclis və Divan üzvü olub.

(APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm