Qırmızı.az
Ramiz Rzayev dələduzluq cinayətlərindən DANIŞDI
Azərbaycanda mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri də dələduzluqdur.
Ali Məhkəmənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bunu bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumunda Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
Apellyasiya, ağır cinayətlər və bir sıra rayon məhkəmələri sədrlərinin və hakimlərinin iştirak etdiyi Plenumda Ali Məhkəmənin sədri bildirib ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdə ifadə olunur. Təqsirkar zərərçəkmiş şəxsi aldadaraq və ya onun etibarından sui-istifadə edərək sonuncunu yanılma dərəcəsinə çatdırmaqla əmlakın könüllü surətdə ona verilməsinə nail olur.
Plenumda “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” məsələ geniş müzakirə olunub, təhlillər aparılıb.
Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi nəticəsində müəyyən edilib ki, bu kateqoriyadan
olan cinayət işlərinə məhkəmələr tərəfindən baxılarkən
qanunvericiliyin tələblərinə əsasən əməl edilir. Bununla yanaşı,
bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də
məhkəmələr tərəfindən işin bütün faktiki hallarının araşdırılmasına
lazımi diqqət yetirilmir.
Plenumda vurğulanıb ki, bəzi hallarda faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi qismində iştirak etmək vəzifəsini üzərinə götürmüş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsi, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş müki iddiaların həlli məsələlərində səhvlərə yol verilir, mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi qiymətləndirilərək cinayət mühakimə icraatı qaydasında həll edilir.
Plenum mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını və dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul edib.
Qeyd edək ki, Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri, Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov və Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak ediblər.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO