Kəmaləddin Heydərov Avropa Oyunları ilə bağlı müşavirə keçirdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Avropa Oyunları ilə bağlı müşavirə keçirdi - FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyində “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə aidiyyəti üzrə hazırlıq işləri ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə müşavirə keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, müşavirədə Birinci Avropa Oyunları ilə əlaqədar nazirlikdə yaradılmış Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin Birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlər barədə geniş məruzəsi dinlənilib.

Sonra nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları, Aviasiya dəstəsi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rabitə idarəsinin rəhbərləri görülən işlər haqqında məruzələr ediblər.

Nazir Kəmaləddin Heydərov Birinci Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm