Azərbaycanda beynəlxalq reytinqində region dövlətlərini qabaqladı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda beynəlxalq reytinqində region dövlətlərini qabaqladı

Zəngin tarixi, mədəni və təbii irsi ilə dünyanın hər yerindən qonaqları cəlb edən, Şərq və Qərb arasında körpü olan Azərbaycan, ilk dəfə olaraq Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) turizm sahəsi üzrə tərtib olunan reytinqinə daxil olub.

Publika.az xəbər verir ki, ICCA-nın beynəlxalq assosiasiya görüşləri üzrə hər il dərc olunan reytinqə daxil olmaq üçün ölkədə görüşlər müntəzəm olaraq keçirilməli və ən azı üç ölkədən 50 nümayəndə iştirak etməlidir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu www.iccaworld.com internet saytına istinadən xəbər verir ki, ölkəmiz ICCA-nın dünya ölkələrinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və görüşlər assosiasiyasının iclaslarının keçirilməsi üzrə hazırlanan reytinqində 79-cu yeri tutub.

Keçən ilin müvafiq göstəriciləri üzrə tərtib olunan reytinqdə 100 ölkə arasında, Azərbaycanın birinci dəfədən belə bir yüksək qiymət alması böyük bir uğur kimi dəyərləndirilir. Region ölkələri arasında lider olan Azərbaycan sözügedən reytinqdə Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistan kimi ölkələri geridə qoyub.

Reytinqə ABŞ, Almaniya və İspaniya başçılıq edir.

Şəhərlər üzrə reytinqdə Xəzərin incisi, ölkəmizin heyrətamiz paytaxt şəhəri olan Bakı Kann, Luzern, Verona, Tiflis, Tel-Əviv, Baltimor, Bonn və Lids kimi şəhərləri qabaqlayıb.

Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu ICCA-nın üzvləri sırasına 2014-cü ildə qoşulub. Hazırda təşkilatın üzvləri sırasına dünyanın 90 ölkəsində fəaliyyət göstərən 1000-dən çox beynəlxalq Görüşlər Sənayesi bazarı təmsilçisi daxildir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm