• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fəzail Ağamalı Avropa Oyunlarının açılışına övladları ilə qatılacaq

Fəzail Ağamalı Avropa Oyunlarının açılışına övladları ilə qatılacaq

“Avropa Oyunları Azərbaycan tarixində böyük səhifə açacaq”.

Bunu Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, bu oyunların təməli Azərbaycanda qoyulub və bundan sonra da Avropa Oyunları böyük uğurlar qazanacaq və ənənəvi idman yarışına çevriləcək. F.Ağamalı deyib ki, artıq sabahdan etibarən Azərbaycanda “Bakı 2015” ilk Avropa Oyunlarına start veriləcək və təntənəli açılış mərasimi keçiriləcək: “Bu mərasimdə Avropanın 50-dən çox ölkəsinin idmançıları və KİV nümayəndələri, bir çox Avropa ölkələrinin dövlət başçıları və yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.

Qısa zaman kəsiyində Avropanı Azərbaycana gətirən ölkə prezidenti bir neçə gün öncə Avropa Oyunlarının məşəlini paytaxtda insanların alqışları ilə yüksəkliyə qaldırıb. Bununla da ölkə başçısı Azərbaycanın idman ölkəsi və xalqımızın güclü olduğunu bir daha dünyaya nümayiş etdirib. Bu, həm də Azərbaycanın anti-azərbaycançı qüvvələr üzərində qələbəsinin təntənəsi idi. Çünki Avropa Oyunları ərəfəsində erməni diasporunun təsiri altında olan anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniya baş tutmadı. Azərbaycan bu oyunlara hazırlıq işini ən yüksək səviyyədə başa çatdırmaqla, özünün güclü dövlət olduğunu bir daha dünyaya nümayiş etdirdi. Avropanın bir çox dövlət başçıları sabah ilk Avropa Oyunlarının açılışda iştiraklarını təsdiqləyib”.

Deputat ilk Avropa Oyunlarının açılışda da iştirak edəcəyini söyləyib: “Mən və övladlarım böyük məmnuniyyətlə Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyik. Bundan əlavə, mən müxtəlif idman arenalarında da olacam, müxtəlif idman yarışlarına baxacam”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR