Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm