3 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Bizi izləyin

Qırmızı.az

3 mindən çox müəllim iş yerini dəyişmək istəyir

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulunun nəticələrini açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, ərizə qəbulu iyunun 10-da saat 23:59-da başa çatıb.

10 gün davam etmiş elektron ərizə qəbulu dövründə 3216 nəfər (94%) Azərbaycan bölməsi, 209 (6%) nəfəri rus bölməsi olmaqla, 3425 nəfər müsabiqədə iştirak etmək üçün müraciət edib. Yerdəyişmə üçün müraciət edənlərin əksəriyyəti (63%) İbtidai sinif (22%), Azərbaycan dili və ədəbiyyat (12%), Riyaziyyat (10%), İngilis dili (10%) və Tarix (9%) müəllimləridir. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 1303 nəfərin ərizəsi təsdiq olunub.


Ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyənlər, ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir.


Elektron ərizəsi qəbul olunmuş namizədlər iyunun 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 135 – metronun “Gənclik” stansiyasının, Azərbaycan Müəllimlər İnstitutunun yaxınlığında) test imtahanında iştirak etməlidirlər. İmtahanda iştirak edərək yerdəyişmək hüququ qazanmış müəllimlər üçün iyunun 17-də eyni ünvanda müsahibələr təşkil ediləcək.


www.miq.edu.az saytına daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, test suallarının cavablandırılması üçün təlimat, test nümunələri və müsahibə proqramı ilə tanış olmaq mümkündür.


Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu iyulun 1-dən 15-dək aparılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm