Qırmızı.az
Trend Avropa Oyunları ilə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX. www.ifex.org ) –
dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və
insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət
edərək, onları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə
qarşı twitter kampaniyasına qoşulmağa çağırıb.
Təşkilat çağırışında təklif edib ki, bütün QHT-lər kampaniyaya
12 iyunda, I Avropa Oyunlarının başladığı tarixdə, saat 19:00-da
qoşulsunlar. Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün
ərzində Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirməyə
çağırıb. Təşkilatın bu yönləndirməsindən sonra mümkündür ki,
dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl
reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya
qoşulsun və ölkəmiz haqqında neqativ informasiyalar yayılmasında
rol alsın.
Tam dəqiq məlumatlara görə, Avropa Oyunlarının açılış mərasimi
başlayan zaman ermənilər də Bakı 2015 haştaqına (#Baku2015) hücum
planlaşdırıblar.
Trend Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu
kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan
həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin
dünyaya çatdırılmasına yardım göstərməyə çağırır.
Bunun qarşısını almaq üçün Bakı 2015 haştaqı ilə Azərbaycan və 1-ci
Avropa Oyunları haqqında pozitiv məlumatların yerləşdirilməsi və
paylaşılması lazımdır.
Məlumat üçün bildiririk ki, kampaniya I Avropa Oyunlarının rəsmi
twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq.
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI