Sürücülərin nəzərinə - BU YOL BAĞLIDIR
Bizi izləyin

Qırmızı.az

Sürücülərin nəzərinə - BU YOL BAĞLIDIR

Bakı 2015 İlk Avropa Oyunları ilə əlaqədar olaraq paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və “Jumeirah Beach Hotel” dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı vaxtlar:
13 iyun: 08:30 – 18:30
14 iyun: 08:30 – 19:00

Bu yol bağlanmaları və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:
- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);
- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;
- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;
- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanallarından əldə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm