Qusarda avtomobil aşdı: 1 ölü, 1 yaralı - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Qusarda avtomobil aşdı: 1 ölü, 1 yaralı - YENİLƏNİB

Qusar - Şahdağ yolunda baş vermiş qəzada yaralananlardan biri dünyasını dəyişib. "Mersedes" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Abşeron rayon sakini Cəlal Əliyev Qusar Mərkəzi Rayon Xəstəxanasında keçinib.

"Mersedes"də olan sərnişin, 1992-ci il təvəllüdlü Beyləqan rayon sakini Rəvan Ağa oğlu Sadaylı isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Qusar rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.

18:37

Qusarda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Xuray kəndi ərazisində baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil aşıb. Avtomobildə olan 2 nəfər aldığı xəsarətlərdən sonra Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qusar rayon Polis Şöbəsində araşdırmalar aparılır. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm