Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Sabah Bakıda hava şəraiti dəyişkən buludlu olacaq.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, iyunun 15-də Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 15-də hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam dağlıq rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-26 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm