• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şəmkirdə məktəb binası satılır

Şəmkirdə məktəb binası satılır

Şəmkirdə tikintisi yarımçıq qalmış məktəb binası hərracda satışa çıxarılıb.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Şəmkir şəhərində hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektin siyahısını yayıb. Məktəb binasının yarımçıq qalmış tikilisini satışa çıxaran sifarişçi təşkilat İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir. Məktəb binası Şəmkir rayonu, Təzəkənd kəndində yerləşir.

Sahəsi 2.294 ha olan məktəb binasının hırracda start satış qiyməti 8177 manatdır. Qeyd edək ki, hərrac Şəmkir şəhərində müvafiq yerli hərrac komissiyası tərəfindən keçiriləcək. Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR