Millət vəkili gürcülərə başsağlığı verdi
Bizi izləyin

Qırmızı.az

Millət vəkili gürcülərə başsağlığı verdi

Gürcüstanın paytaxtı Tiflisdə baş verən dəhşətli təbii fəlakət nəticəsində həyatını itirən insanlara Allahdan rəhmət, əzizlərinə səbr, xəsarət alanlara acil şəfalar, bir daha belə bir acı yaşamamalarını diləyirik.

Axar.az xəbər veri ki, bu barədə millət vəkili Qənirə Paşayeva yazıb. O, Tiflisdə baş verən təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib:

“Gürcüstandan bir sıra dostlarla əlaqə saxladıq, Tiflisdə gecə dəhşətli təbii fəlakət zamanı yaşadıqlarını, xeyli sayda insanın evinin, əşyalarının tam yararsız vəziyyətə düşdüyü, çətinliklərlə üzləşmələri və Tiflisin özünə böyük zərər dəydiyi barədə məlumat aldıq. Ötən gecədən gələn xəbərlərdən çox narahat olduğumuzu bildirdim, geniş fikir mübadiləsi apardıq. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu olaraq dost Gürcüstana bir daha belə acılar yaşamamağı diləyərək ölənlərin ailələrinə başsağlımızı çatdırdıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm