• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lənkəranda yol hərəkəti qaydasını pozan 50-dən çox sürücü cərimələnib

Lənkəranda  yol hərəkəti qaydasını pozan 50-dən çox sürücü cərimələnib

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi şəhərin küçə və prospektlərində növbəti reydini keçirib.

Reyd zamanı dayanma və durmanı qadağan edən nişanlara məhəl qoymayan, avtomobili sənədsiz və təhlükəsizlik kəmərindən istifadə etmədən idarə edən, görməni məhdudlaşdıran plyonkadan istifadə edən, eləcə də yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər aşkar olundu.

KİV nümayəndələrinin iştirakı ilə keçirilən reydlər zamanı hətta qanunun tələblərini yerinə yetirməkdən boyun qaçıran sürücülərə də rast gəlindi. Bölmənin təbliğat və təşviqat üzrə inspektoru Emil Vəliyevin sözlərinə görə reyd zamanı 100-a yaxın avtomobil saxlanılıb , yol hərəkəti qaydalarını pozan 50 –dən çox sürücü barəsində inzibati protokol tərtib edildi.

Bundan əlavə reydlərə müdaxilə və maneçilik törədən vətəndaşlar barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili cərimə meydançasına aparılıb.Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi şəhərin küçə və prospektlərində növbəti reydini keçirib.

Gün.Az-ın bölgə müxbiri xəbər verir ki, reyd zamanı dayanma və durmanı qadağan edən nişanlara məhəl qoymayan, avtomobili sənədsiz və təhlükəsizlik kəmərindən istifadə etmədən idarə edən, görməni məhdudlaşdıran plyonkadan istifadə edən, eləcə də yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər aşkar olundu.

KİV nümayəndələrinin iştirakı ilə keçirilən reydlər zamanı hətta qanunun tələblərini yerinə yetirməkdən boyun qaçıran sürücülərə də rast gəlindi. Bölmənin təbliğat və təşviqat üzrə inspektoru Emil Vəliyevin sözlərinə görə reyd zamanı 100-a yaxın avtomobil saxlanılıb , yol hərəkəti qaydalarını pozan 50 –dən çox sürücü barəsində inzibati protokol tərtib edildi.

Bundan əlavə reydlərə müdaxilə və maneçilik törədən vətəndaşlar barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili cərimə meydançasına aparılıb. /Gun.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR