Qırmızı.az
Buludlu və küləkli hava - PROQNOZ
Yaxın günlər ərzində Azərbaycanda temperatur rejimində ciddi dəyişiklik gözlənilməsə də, küləkli hava şəraiti üstünlük təşkil edəcək.
Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, iyunun
16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz saatlarında yarımadanın bəzi yerlərində
qısamüddətli az yağış yağacağı ehtimalı proqnozlaşdırılır. Şimal
küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti
olacaq.
Azərbaycanın rayonlarında iyunun 16-da əskər rayonlarda hava
əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və
dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq.
Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Azərbaycanın bölgələlərində isə şərq küləyi arabir güclənəcək.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...