"Haaretz" qəzetindən İsrailə zərbə...
Bizi izləyin

Qırmızı.az

"Haaretz" qəzetindən İsrailə zərbə...

Yerləşdiyi coğrafi məkanda tam təcrid vəziyyətdə olan İsrail öz idmançılarını ilk Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana göndərdiyi bir vaxtda, bu ölkənin "Haaretz" qəzeti ölkəmizə qarşı qərəzli yazı ilə çıxış edib.

Ərəb-İsrail münaqişəsinə görə nəinki yerləşdiyi regionda, hətta onun hüdudlarından kənarda da İsrail təcrid vəziyyətindədir. Yaxın Şərqdə yerləşən İsrailin Asiya Oyunlarında deyil, məhz Avropa Oyunlarında iştirakı da bundan irəli gəlir.

Tarixən antisemitizm hallarının olmadığı və yəhudilərin hər hansı ayrı-seçkilik olmadan sülh şəraitində yaşadığı Azərbaycan İsrail üçün təbii müttəfiqdir. Əvvəla, müsəlman Azərbaycan ilə əməkdaşlıqda xüsusilə maraqlı olan İsrail bütün dünyaya sübut etmək istəyir ki, Tel-Əvivin müsəlmanlarla problemləri yoxdur. İqtisadi-ticarət maraqları və enerji təhlükəsizliyi baxımdan isə Azərbaycan ilə sıx əməkdaşlıq İsrailin milli maraqlarına tam şəkildə cavab verir.

Etiraf edilməlidir ki, Tel-Əvivlə əməkdaşlıqda Azərbaycan daha çox riskə gedir, nəinki İsrail. Azərbaycanı İsraillə əməkdaşlığa sövq edən xüsusi bir geosiyasi zərurət yoxdur. Sadəcə, müstəqil xarici siyasət yürüdən Azərbycan qarşılılıq faydalı əməkdaşlıq prinsipləri ilə bütün dünya dövlətləri, o cümlədən İsraillə əməkdaşlıq edir. Odur ki, "Haaretz" qəzetinin Qərbdəki bəzi antiazərbaycan KİV-i ilə əlbir olaraq Avropa Oyunları ilə əlaqədar qarayaxma kampaniyasına qoşulması, ilk növbədə, İsrailin milli maraqlarına zərbədir. Tarixi təcrübə və ənənələrdən irəli gələrək İsraildə milli maraqlara xidmət edən məsələlərdə həmrəylik olduğu halda, "Haaretz" qəzetinin belə bir mövqe sərgiləməsi başa düşülən deyil.

Burada "Haaretz" qəzetinin okeanın o biri tayından hərəkətə gətirilməsi ehtimalı da nəzərdən qaçırılmamalıdır. Britaniya və Almaniya mediasını Azərbaycana qarşı hərəkətə gətirən, amma gözlədiyi nəticələri əldə edə bilməyən "Sem dayı"nın çıxılmaz şəkildə hər bir tərəfə, o cümlədən "Haaretz" qəzetinə müraciət etməsi istisna deyil. Yazı üslubu və hətta istifadə olunan ifadələr onu deməyə əsas verir ki, "Haaretz"də dərc olunmuş məqalə də rəsmi dairələr tərəfindən mərkəzləşmiş qaydada hazırlanaraq dünya mediasına ötürülmüş silsilə məqalələrdən biridir.

Amma İsrailin ictimai-siyasi dairələrində Tel-Əvivin maraqları baxımdan Azərbaycan ilə əməkdaşlığın əhəmiyyətini dərk edən çoxsaylı insanlar var. Ümid edirik ki, bu şəxslər İsrail mediası vasitəsilə "Haaretz" qəzetinin bu təxribatına cavab veriləcəklər.
Şabbat Şalom!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm