Qırmızı.az
Lökbatandakı kütləvi zəhərlənmə ilə bağlı son məlumat
Lökbatanda kütləvi zəhərlənməyə səbəb olan qaz iyinin çəkilməsi ilə həyəcan da sovuşub. Artıq hadisə ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.
Lökbatan qəsəbəsində baş verən zəhərlənmə hadisəsindən 115 nəfər
zərər çəkib. Onlardan 75 nəfərinə yerindəcə tibbi yardım edilib, 45
nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda bütün xəstələr
ambulator müayinəyə buraxılıb. 1 nəfərin öldüyü deyilir. Nataşa
Məmmədova yaşadığı evdə huşsuz vəziyyətdə aşkarlanıb. Kəskin qoxu
qəsəbənin bütün ərazisində hiss edilib. Bu səbəbdən bir çox
sakinlər evdə gecələməyiblər. Hələ də bəzi binaların pəncərələrini
açıq görmək olar.
“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qəsəbəyə səfərbər
olaraq hadisənin səbəblərinin araşdırmağa başlayıblar.
“Qazın verilişi dayandırılandan sonra borularda sızmanın olub
olmadğını yoxlamaq üçün qazın tərkibinə odorant qatı qatıblar,
görünür bu da bəzi sakinlərin səhhətində problemlər
yaradıb,zəhərlənən şəxslərin əksəriyyəti bu küçədə yaşayan
sakinlərdir”.
Bəs zəhərlənməyə səbəb olduğu deyilən odorant nədir? Latıncadan
tərcümədə odor - iy deməkdir. Təbii qaza xarakterik qoxu vermək
üçün əlavə olunan kimyəvi birləşmədir. Yüksək konsentrasiyada bütün
odorantlar zəhərlidir. Lakin təbii qaza hiss olunan qoxu vermək
üçün odorant az miqdarda əlavə olunmalı və insan orqanizmi üçün
təhlükə mənbəyinə çevrilməməlidir.
Ekspert Nüsrət Qasımov hesab edir ki, Azərbaycanda mavi yanacağın
tərkibinə vurulmalı olan kimyəvi maddələr normadan çox qatılır və
bu da təhlükə yaradır.
“Azəriqaz” İstehsalat Birliyində isə ekspertin fikri ilə
razılaşmır, bildirilir ki, istehlakçılara verilən təbii qaz
standartlara cavab verir. /Ans tv/
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti