Atəşkəs 82 dəfə pozuldu
Bizi izləyin

Qırmızı.az

Atəşkəs 82 dəfə pozuldu

Ötən gün ərzində cəbhə xəttində erməni silahlı bölmələri atəşkəs rejimini 82 dəfə pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozub.

Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm