• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müəllimlər imtahan verir

Müəllimlər imtahan verir

Bu gün ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizəsi qəbul olmuş namizədlər test imtahanında iştirak edəcəklər.

Publika.az-ın məlumatına görə, elektron ərizəsi qəbul olunmuş namizədlər Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 135 – metronun “Gənclik” stansiyasının, Azərbaycan Müəllimlər İnstitutunun yaxınlığında) test imtahanında iştirak edirlər.

İmtahanda iştirak edərək yerdəyişmək hüququ qazanmış müəllimlər üçün iyunun 17-də eyni ünvanda müsahibələr təşkil ediləcək.

Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu iyulun 1-dən 15-dək aparılacaq.

Qeyd edək ki, ərizə qəbulu dövründə müraciət edən 3283 nəfər vətəndaşdan 1308 nəfərin (40%) ərizəsi qəbul olunub. Onlardan 1245 nəfər (95%) Azərbaycan bölməsi, 63 (5%) nəfəri rus bölməsi üzrə müraciət edib. Ərizəsi qəbul olunanların əksəriyyəti İbtidai sinif (21%), Azərbaycan dili və ədəbiyyat (15%), Riyaziyyat (12%), Tarix (11%) və İngilis dili (9%) müəllimləridir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR