Bu yollar iki gün bağlı olacaq – XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Bu yollar iki gün bağlı olacaq – XƏBƏRDARLIQ

Publika.az xəbər verir ki, “Bakı-2015” I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, Bakı 2-ci dairəvi yolunda “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində aşağıda göstərilən vaxtlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

17 iyun tarixində saat 11:30 – 15:30 arasında “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən - "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyinədək.

18 iyun tarixində isə saat 05:30 – 20:40 arasında “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Bilgəh Estates” – in qərb hissəsində 1-ci geri döngəyədək.

06:30 – 18:40 arası isə “Bilgəh Estates” – in qərb hissəsində 1-ci geri döngədən – “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyinədək olan yollardan istifadə etməmək tövsiyə olunur.

Sürücülərdən aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür:

- Bilgəh istiqamətində hərəkət edən sürücülər “Jumeirah Beach” otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər.

- “Bilgəh Estates”-dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər.

- Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilərlər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm