Qırmızı.az
PKK-ya qoşulan azərbaycanlı tələbələrlə bağlı araşdırma başladı - VİDEO
Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu iddia edilib.
Modern.az saytının əldə etdiyi məlumata görə,
Azərbaycannın müvafiq dövlət qurumlarında məsələ ilə bağlı
araşdırma başlayıb. Həmin tələbələrin necə, hansı yolla xaricə
təhsil almağa getdiyi, PKK-ya qoşulduqlarını bəyan edən gənclərin
doğrudan da tələbə olub-olmadığı öyrənilir.
Qeyd edək ki, bu ilin aprel ayında yoxa çıxmış azərbaycanlı
gənclər Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov,
Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal
Universitetinin tələbəsi Məmmədhüseyn olduğu bildirilib.
Bu il iyunun 6-da YouTube sosial şəbəkəsində “Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və RKK-ya qoşulduqlarını təsdiq edir. Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom