Qırmızı.az
Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Mərkəzində olub - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kəllə-üz nahiyəsinin inkişafında qüsurlar olan və sinir sistemi xəstəlikləri ilə doğulmuş uşaqlara tibbi yardım üzrə Moskva Elmi-Təcrübə Mərkəzində olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı uşaqlara
tibbi yardım üzrə ETM-in direktoru, tibb elmləri doktoru,
professor, RTEA-nın akademiki, Rusiya Federasiyasının Əməkdar
Həkimi Andrey Pritıko qarşılaşıb. O, 1995-ci ildə yaradılmış
mərkəzin işindən danışıb və qeyd edib ki, ETM dövlət səhiyyə
müəssisəsidir və uşaqlara həyatının ilk günlərindən 18 yaşınadək
ixtisaslaşdırılmış tibbi yardım göstərir. Mərkəzdə yüksək ixtisaslı
mütəxəssislər işləyirlər. Onların arasında 20 tibb elmləri doktoru,
32 tibb elmləri namizədi vardır. Mərkəzin bir çox mütəxəssisləri
müəllimlik fəaliyyəti ilə məşğul olur, təcrübə və biliklərini
gələcək həkimlərə öyrədirlər.
Sonra Leyla Əliyeva neyrocərrahiyyə, yeni doğulmuş və vaxtından
əvvəl doğulmuş uşaqların patologiyası, onkologiya şöbələrində
yaradılmış şəraitlə tanış olub, kliniki-diaqnostika
laboratoriyasını, şüa diaqnostikası şöbəsini, genetika xidmətini
gəzib. Palatalarda Leyla Əliyeva xəstəxanada müalicə olunan
uşaqlarla və onların valideynləri ilə söhbət edib. Hər bir şöbənin
rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə metodları
barədə məlumat verib. Uşaqların hər birinə Heydər Əliyev Fondu
adından hədiyyələr paylanılıb.
Leyla Əliyevaya mərkəzdə işləyən azərbaycanlı həkimlər təqdim
olunub. Onlar qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvada təhsil almışlar.
Sonra klinikanın rəhbərləri ilə işgüzar söhbət olub. Elmi-Təcrübə
Mərkəzinin direktoru A.Pritıko qeyd edib ki, bizim mərkəzdə müalicə
olunan uşaqlar əlamətdar günlərdə və bayramlarda Heydər Əliyev
Fondundan hədiyyələr alırlar. O, xəstə uşaqlara göstərilən qayğıya
görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlığını
bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda
həyata keçirilən “Diabet xəstəsi olan uşaqlara daha çox qayğı”
proqramından və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda tikilən
Talassemiya Mərkəzinin fəaliyyətindən danışıb. Görüşdə Moskva
mərkəzi ilə Azərbaycanın tibb müəssisələri arasında palliativ
yardım sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub.
Leyla Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ildir ki, Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyi əlamətdar günlər və bayramlar
ərəfəsində Elmi-Təcrübə Mərkəzində müalicə olunan uşaqları təbrik
edir, onlara oyuncaq və şirniyyat verir, mərkəzə isə məişət
texnikası bağışlayır.
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir