Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi qalib oldu
Bizi izləyin

Qırmızı.az

Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi qalib oldu

“Bakı 2015” İlk Avropa Oyunları çərçivəsində keçirilən kişi idman gimnastikası üzrə yarışlarda Təhsil Nazirliyi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi Eldar Səfərovun da komanda üzvü olduğu Azərbaycan millisi 3-cü yerə çıxıb.

Komandamız Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

Publika.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə yarışlarda 37 ölkəni təmsil edən 180 gimnast iştirak edib.

İyunun 17-də isə gimnastikanın digər növləri - bədii gimnastika, akrobatika gimnastikası, aerobika gimnastikası və batut gimnastikası üzrə yarışlara start veriləcək. Bu yarışlarda Təhsil Nazirliyi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin daha 4 idmançısı iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm