Jurnalistlər üçün müsabiqə keçirilir
Bizi izləyin

Qırmızı.az

Jurnalistlər üçün müsabiqə keçirilir

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) jurnalistlər arasında “Bank qanunvericiliyi və onun tətbiqi praktikası” mövzusunda çap və elektron məqalələrin müsabiqəsini elan edib.

Publika.az xəbər verir ki, müsabiqə iyunun 16-dan avqustun 1-nə qədər olan dövrü əhatə edir.

Şərtlərə görə, müsabiqədə iştirak etmək istəyən şəxslər ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdır.

Müsabiqədə birinci yeri tutan yazının müəllifinə 500 manat, ikinci yerin sahibinə 400 manat, üçüncü yerə görə isə 300 manat məbləğində pul mükafatı və diplom təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm