Cərimə və rüsumlar barədə məlumatlar telefona gələcək
Bizi izləyin

Qırmızı.az

Cərimə və rüsumlar barədə məlumatlar telefona gələcək

“Şəxsi kabinet”in yeni funksiyaları istifadəyə veriləcək. Belə ki, tezliklə “Elektron Hökumət” portalındakı “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borcları, ödəməli olduqları cərimə və rüsumlar, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar barədə bildiriş əldə edə biləcəklər.

Bu barədə Publika.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.

Bundan əlavə, istifadəçi sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş ala biləcək.

Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm