• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Masallıda bulvar salınır – FOTOLAR

Masallıda bulvar salınır – FOTOLAR

Masallı rayonunda yeni park-bulvarın salınması işinə başlanılıb.

Publika.az-ın məlumatına görə, sözügedən park-bulvar rayon ərazisindən axan Viləş çayının sahilində inşa edilir.

Hazırda bəndvurma işləri həyata keçirilir. Park ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 km uzunluğunda olacaq. Sonrakı mərhələdə parkın uzunluğu 5 kilometrə qədər uzadılacaq.

Bundan əlavə, park-bulvarda bir sıra obyektlər inşa ediləcək. Burda uşaq əyləncə mərkəzi, mini futbol və voleybol meydançaları salınacaq. Parkın bir hissəsində qədim Masallını özündə əks etdirən guşə də olacaq.

Park-bulvarın üzərində piyadaların keçidi üçün 3 körpü də inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular yerləşdiriləcək. İnsanlar park ərazisində qayıqla gəzintiyə də çıxa biləcəklər.

Masallının simasını dəyişəcək park-bulvarın 2016-cı ilin sonunda istifadəyə veriləcəyi nəzərdə tutulub.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR