İsveçin “Аftonbladet” qəzeti Mingəçevirdən yazıb
Bizi izləyin

Qırmızı.az

İsveçin “Аftonbladet” qəzeti Mingəçevirdən yazıb

İsveç mətbuatı Bakıda keçirilən birinci Avropa Oyunlarını diqqət mərkəzində saxlayır.

AZƏRTAC xəbər verir ki, İsveçin nüfuzlu “Аftonbladet” qəzeti bu ölkənin atletlərinin Avropa Oyunlarında iştirakından, o cümlədən Bakıda keçirilən bu mötəbər idman tədbirinin yüksək səviyyədə təşkil edilməsindən, atletlər üçün yaradılan gözəl şəraitdən bəhs edir.

İsveç avarçəkənlərinin əldə etdikləri müvəffəqiyyətdən yazan müəllif yarışların keçirildiyi Mingəçevir şəhərinin gözəlliyini xüsusi vurğulayır.

Məqalədə İsveçin avarçəkmə üzrə milli yığmasının məşqçisi Martin Hanterin bu fikri də yer alıb: “Mingəçevirdə yarış yüksək səviyyədə təşkil edilib, buradakı ab-hava çox gözəldir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm