Sabah bu yollar bağlı olacaq - VİDEO
Bizi izləyin

Qırmızı.az

Sabah bu yollar bağlı olacaq - VİDEO

Sabahdan Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında velosiped yarışları keçiriləcək. Bununla əlaqədar bəzi yollarda hərəkət iki günlük məhdudlaşdırılacaq.

Avropa Oyunları çərçivəsində keçiriləcək velosiped yarışları ilə əlaqədər sabah Bakıda bəzi yollar bağlanacaq. İyunun 18-də də ikinci dairəvi yolda olan dairədən 'bilgəh estates'in qərb hissəsində birinci döngəyədək 5 kilometrlik məsafədə yol avtomobillərin hərəkətinə bağlanacaq. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyyə olunur

Yarışlara görə bağlanan yollarla əlaqədər sürücülərə alternativ yollardan istifadə etmək tövsiyyə olunur. Belə ki, Bilgəh istiqamətində getmək istəyən sürücülərə Bakı 2-ci dairəvi yolundan Aslan Salahzadə küçəsindən istifadə etmək tövsiyyə olunur. Kürdəxanı istiqamətində hərəkət edən avtomobillər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolu ilə hərəkət edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm