TQDK nəticələri yaxın günlərdə elan edəcək
Bizi izləyin

Qırmızı.az

TQDK nəticələri yaxın günlərdə elan edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da mərkəzləşdirilmiş qaydada bu il ərzində sonuncu buraxılış imtahanı keçirib.

TQDK-dan Publika.az-a verilən xəbərə görə, 9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlayıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

Bu dəfə buraxılış imtahanı Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılmış və proses təlimata uyğun aparılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm