• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Avtomobil təkərindən flaminqo, qəzetdən nar… tulladıqlarımızdan sənət əsərləri yaratdılar - FOTOLAR

Avtomobil təkərindən flaminqo, qəzetdən nar… tulladıqlarımızdan sənət əsərləri yaratdılar - FOTOLAR

Bakıda lazımsız əşyalardan, məişət tullantılarından istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim olunduğu IV Beynəlxalq “Tullantıdan Sənətə” sərgisi keçirilir.

Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Qala qəsəbəsində keçirilən sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin əl işləri nümayiş edilir.

Burada istifadə olunmuş avtomobil təkərləri flaminqo quşlarına çevrilib. Kompüter klaviaturaları dünyanın elektronlaşmasını göstərən bir qlobusa dönüb. Qəzetlər nara, elektron çiplər balığa çevrilib. Yəni, əşya kimi belə yararsız hesab edilərək atılmış tullantı materialları sənətkarların əllərində “canlanıb”.

“Tullantıdan Sənətə” sərgisi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə təşkil olunur.

Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantılar təkrar istehsal üçün xammal kimi istifadə olunur, həmçinin tərkibindəki enerji bərpa olunaraq elektrik əldə edilr. “Tullantıdan Sənətə” sərgisi isə tullantı materiallarından hətta üçüncü məqsədlə - incəsənətdə istifadə etməyin mümkünlüyünü göstərərək onun dəyərini bir daha xatırlatmış olur. Tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkün olduğunu sərgi əyani formada sübut edir.

Ziyarətçilərin reaksiyasından, fikrlərindən, sayının çoxluğundan sərginin məqsədinə nail olduğu görünür. İnsanlar hazırlanmış ekspanatlara baxaraq şəxsi əşyalarından maksimum qənayətlə istifadə edəcəklərini deyirlər. Bəzi ziyarətçilər isə ilhamlanaraq özlərinin bəzi lazımsız əşyalardan sənət əsərləri hazırlayacaqlarını bildirirlər. Hətta gələn il keçiriləcək “Tullantıdan Sənətə” sərgisi üçün əl işlərini təqdim etmək istəyənlər də var.

Hər il ənənəvi formada təşkil olunan sərginin dördüncü ilində həm də Qala qəsəbəsində “Tullantıdan Sənətə” muzeyi istifadəyə verilib. Əvvəlki sərgilər zamanı bir neçə gün müddətində nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. Yəni, artıq ziyarətçilər ötən 3 ildə keçirilən “Tullantıdan Sənətə” sərgilərində hazırlanmış əsərləri də bu muzeydə görə bilər.

“Tullantıdan Sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində təşkil olunub. Həmin layihə ilə qəsəbəsəbədə tullantıların idarə olunması alternativ üsulla həyata keçirilir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR