Müəllimlər müsahibədə
Bizi izləyin

Qırmızı.az

Müəllimlər müsahibədə

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə iş yerini dəyişdirmək istəyən müəllimlər üçün bu gün müsahibələr təşkil ediləcək.

Publika.az-ın məlumatına görə, ötən gün bu müəllimlər Azərbaycan Dövlət İqtisad Universitetində test imtahanında iştirak edib. İmtahanda yerdəyişmə hüququ qazanmış müəllimlər bu gün sonuncu müsahibə mərhələsində iştirak edəcək.

Qeyd edək ki, yerdəyişmə üçün elektron ərizə qəbulu dövründə müraciət edən 3283 nəfər vətəndaşdan 1308 nəfərin (40%) ərizəsi qəbul olunub. Onlardan 1245 nəfər (95%) Azərbaycan bölməsi, 63 (5%) nəfəri rus bölməsi üzrə müraciət edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm