İçərişəhərə avtomobillər buraxılmayacaq – XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

İçərişəhərə avtomobillər buraxılmayacaq – XƏBƏRDARLIQ

I Avropa Oyunlarının velosiped yarışları ilə əlaqədar İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Publika.az-a verilən məlumata görə, “Bakı-2015” I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışının marşrutunun bir hissəsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindən keçməsi ilə əlaqədar olaraq 18 iyun axşam saatlarından başlayaraq 19-21 iyun tarixlərində İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Yarışla əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm