Xəyanətdə suçlandı, döyüldü, güllələndi, asıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Xəyanətdə suçlandı, döyüldü, güllələndi, asıldı - FOTO

Onu ABŞ-ın kəşfiyyatına işləməkdə suçlayandan sonra döydülər və sonucda da edam etdilər.

Zibilxanaya çevrilmiş kiçik "stadion"dakı qapının tirindən, torun qalıqlarından asılı qalmış adamın ətrafında duranlar isə "Lənət olsun casusa!" deyirdilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Yəmənin cənub-şərqindəki Hardamut vilayətinin Şəhr şəhərində yaşanıb.

Beynəlxalq "Əl Qaidə" terror hərəkatının yerli yaraqlılarının dediklərinə görə, bu adamda xüsusi mikroçiplər vardı və həmin mikroçiplər də ABŞ-ın pilotsuz uçan təyyarələrinə "Əl Qaidə" üzvlərinin harada olduğunu göstərirdi.

"Casusdakı mikroçiplər o pilotsuz təyyarələrə siqnallar yollayırdı. O, həmişə rəhbərliyin yanında dolaşdığından mikroçiplər bizim rəhbərlərin koordinatlarını amerikalılara göstərirdi. Amerikalılar da rəhbərlərimizi o koordinatlarla tapır, raketlərlə vururdular", - Şəhrdəki "Əl Qaidə" üzvlərindən biri deyib.

Casusluqda suçlanan şəxs döyülüb, güllələnib, sonra da şəhər kənarındakı zibilxanadakı kiçik "stadion"da asılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm