Qırmızı.az
Nazir dərmanların qiymətindən danışdı
Bu ilin üç ayı ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirilib. Bu tədbir xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Publika.az xəbər verir ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə nazirlikdə keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə daxil olan müraciətləri araşdırmaq üçün yaradılan komissiya da eyni məqsədlərə xidmət edir:
“Komissiya vətəndaşların qaldırdıqları məsələlərə yerində baxır, şikayətləri operativ surətdə araşdırır. Bu qurum fəaliyyətə başladıqdan sonra nazirliyin ümumi şöbəsinə daxil olan şikayət xarakterli müraciətlərin də sayı azalıb.
Əczaçılıq sahəsində ötən bir ilin yeniliyi dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətlərinə nəzarət qaydaları təsdiq edilib. Yeni qaydalar hədsiz qiymət artımını aradan qaldıracaq”.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO