Nazirlik qaydanı pozanları cərimələyir
Bizi izləyin

Qırmızı.az

Nazirlik qaydanı pozanları cərimələyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyunun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını araşdırıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 142 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 63 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 34 iş üzrə 61950 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 2 iş üzrə 546 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantılarınatılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 207 iş üzrə 39090.99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qurumlarına isə 15 iş göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm