Qırmızı.az
22 ton qızılı olan Gədəbəydən reportaj - VİDEO
Türkəl TV-nin əməkdaşı Gədəbəydəki qızıl yataqlarından reportaj hazırlayıb. AzVision.az həmin reportajı təqdim edir:
Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olub. Mis və digər
qiymətli metalların çıxarılması məqsədilə istismar edilib. Hələ
ötən əsrin əvvəllərində yataqda dağmədən işləri aparılıb. Həmin
dövrdə Almaniyanın "Siemens" şirkəti yataqda mis filizinin hasilatı
ilə məşğul olub və təxminən 2 milyon ton filiz çıxarılıb. Sonralar
Gədəbəy yatağında və ətrafında tədqiqatlar aparılıb. Nəticədə
yatağın ərazisi böyüdələrək böyük miqyaslı qazıntı işlərinə
başlanılıb. Aparılan tədqiqatlar nəticəsində Gədəbəy yatağında 22
ton qızılın olduğu güman edilir. Həm də bu yatağın bir özəlliyi də
var ki, qazılan torpaqlardan hər tonuna 1,5 qram qızıl almaq
mümkündür. Bundan əlavə digər qiymətli metalların həcmi də az
deyil. Yataqda təxminən 192 ton gümüş və 37 min ton misin olması da
proqnozlaşdırılıb.
Gədəbəy kontrakt sahəsində yerləşən eyni adlı qızıl-mis yatağında
quyuların maksimum dərinliyi 270 metrdir. Layihəyə iş və
xidmətlərlə bağlı 50-yə yaxın subpodratçı təşkilat cəlb olunub.
Kəşfiyyat, tikinti-quraşdırma işlərinə və avadanlığa ümumilikdə 60
milyon dollardan çox vəsait sərf edilib. 2013-cü ildə istifadəyə
verilən zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda
filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu
göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz də emal
olunacaq. Müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi
maddələrin yayılmasının təsiri azaldılıb. Bu məqsədlə anbar tikilib
və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru
xətti çəkilib. Zavodda istifadə olunan texnologiyalar xaricdən
gətirilib. Emal prosesində istifadə olunan aşındırma sistemi
Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının
istehsalıdır. Əvvəllər çökdürmə prosesi açıq havada aparılırdısa,
yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir.
Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulur. Xam maldan,
yəni mədəndən çıxarılan suxurlardan qızıl istehsal etmək üçün həmin
suxuru bir neçə mərhələdən keçirmək lazım gəlir. Bu prosesdə ən
ağır mərhələ qrabilka hissəsində həyata keçirilən mərhələdir.
Daha sonra parçalanan suxur digər bölməyə göndərilir. Burada isə
digər mərhələlər başlayır. Suxurlara xüsusi madələr qatılır və daha
sonra su ilə yuyulur, qurudulur və beləcə tonlarla torpaqdan
qıramlarla qızıl alınır. Zəhməli iş olsada nəticənin parıldaması
burada çalışanlara stimul verir. Bu cür zavodun tikilib istifadəyə
verməsi dövlətimizin uğurudur. Gədəbəy yatağının istismarı ilə
bağlı müqavilə 1997-ci ildə imzalanıb. "Azərqızıl" Dövlət Şirkəti
ilə ABŞ-ın "R.V. İnvestment Qrup Servis LLSi şirkəti arasında
hasilatın pay bölgüsü haqqında Sazişə uyğun olaraq layihənin
icrasını Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti həyata
keçirir.
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil18 Aprel 21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik18 Aprel 21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin118 Aprel 21:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa18 Aprel 20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU