• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

SOCAR Gülən məktəblərini alır

SOCAR Gülən məktəblərini alır


Azərbaycanda camaat məktəblərini dövlət tərəfindən alındı.Publika.Az türk mediasına istinadən xəbər verir ki, aralarında Bakıdakı “Çağ-Qafqaz” Universieti də olmaqla tədris qurumları SOCAR tərəfindən alınıb.

Bu xəbər türk mediasınada xüsusi diqqətlə qarşıalnıb. Bura camaata aid olan 11 məktəb və 13 hazırlıq kursu SOCAR-a bağlı olan “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin tərkibinə daxil edilib.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov da bunu təsdiqləyib.
“Ölkədə tədrisin səviyyəsini yüksəltmək məqsədilə bu məktəblər “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin tərkibində fəaliyyət göstərəcəklər”-deyə o bildirib.

Qeyd edək ki, ötən il yaradılan mərkəzin təsisçiləri ARDNŞ, “Praktikal Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM-dir. Birliyin təsisçiləri bərabər hüquqlara malikdirlər.

Mərkəzin təqdimatında bildirilir ki, SOCAR-ın nəzdində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi respublikamızda məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə beynəlxalq standartlara uyğun təhsil vermək, fransız, ingilis məktəblərinin ənənələrini və proqramlarını ölkəmizə gətirib tətbiq etmək məqsədi ilə yaradılıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçən birlik bütün səviyyələrdə təhsil müəssisələri təsis etmək və işlətmək, dünyanın aparıcı institutları, təhsil müəssisələri, univesitetləri ilə əməkdaşlıq qurmaq, ictimai qurumlara daxil olmaq, xeyriyyə, maarifləndirmə tədbirləri keçirmək, həmçinin konfranslar, seminarlar, simpoziumlar təşkil etmək, milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək hüququna malikdir. Birliyin fəaliyyət dairəsinə onun nəzdində faəliyyət göstərən Bakı İstedadlar Təhsil Kompleksi və digər tədris müəssisələrində təhsil alanların fiziki və intellektual inkişafı, zəruri biliklərə yiyələnməsi, onlarda sağlam həyat tərzinin və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşdılması, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissinin aşılanması, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsi, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətinin təmin edilməsi kimi aktual məsələlər daxildir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR