Təhsil Nazirliyindən Ermənistana SƏRT CAVAB
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən Ermənistana SƏRT CAVAB

Azərbaycan Respublikası son illər ərzində çox sayda nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər çərçivəsində hər hansı ölkənin iştirakçılarına münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb. Mövcud təcrübə deməyə əsas verir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülür.

Publika.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ermənistan elm və təhsil nazirinin fikirlərinə cavab olaraq bildirilib.

“Ermənistan elm və təhsil nazirinin ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən Birinci Avropa Oyunlarında tam təhlükəsiz şəraitdə iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və təəssüf doğurur.

Məlum olduğu kimi, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasının reqlamentində iştirakçı ölkələr üçün xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə tutulmayıb. Bu qayda cari ilin 20-29 iyul tarixlərində Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya Olimpiadasına da aiddir”,- deyə nazirliyin məlumatında qeyd olunub.

Təhsil Nazirliyindən onu da bildiriblər ki, hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur.

“Birinci dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən sui-istifadə hallarına yol verilir. Məktəblilərin iştirak etdiyi bu yarışı siyasiləşdirmək cəhdi də təəssüf hissi doğurur. Azərbaycan tərəfi 47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair üzərinə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın elm və təhsil naziri Armen Aşotyan erməni şagirdlər kimya üzrə 20-29 iyunda Bakıda keçiriləcək 47-ci Olimpiyadaya qoşulmayacaqlarını bəyan etmişdi. Onun sözlərinə görə, burada iştirak etmək üçün ərizə qəbulunun son günü 15 iyun olub. Onun iddiasına görə, Azərbaycandan təhlükəsiliklə bağlı zəmanət almayıblar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm