"Amnesty İnternational" və "Article 19"-un Azərbaycan əleyhinə yarışı
Bizi izləyin

Qırmızı.az

"Amnesty İnternational" və "Article 19"-un Azərbaycan əleyhinə yarışı

Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının aktiv iştirakçılarından olan "Amnesty İnternational" və "Article 19" növbəti qərəzli iddialarla çıxış ediblər. "Amnesty İnternational"dan yazıların müəllifi Ceyn Buçanan və Naomi Vestlənd olduğu halda, "Article 19"-un adından yayılan məqalənin müəllifi Rebekka Vinsentdır.

Eyni üsluba və yazı tərzinə malik bu məqalələrin vahid mənbədən hazırlandığı ilkin oxunuşdaca açıq şəkildə aydın olur. Yazıların əsas qayəsini Azərbaycanla bağlı mənfi imic formalaşdırmaq və Bakıda keçirilən Avropa Oyunlarının əhəmiyyətini azaltmaq təşkil edir. Rebekka Vinsent isə hətta bir qədər uzağa gedərək, Avropa Oyunlarını dəstəkləyən və dünya üzrə uşaq hüquqları uğrunda çalışan UNİCEF-i (BMT-nin uşaqlar üzrə fondunu) hədəfə almaqdan belə çəkinməyib.

Bəs görəsən, UNİCEF-in "günahı" nədir və bu təşkilat niyə Rebekkanın qəzəbinə gəlib? Axı ona yaxşı məlumdur ki, BMT-nin daim dəstəklədiyi idman uşaq və yeniyetmələrin inkişafı üçün ən faydalı vasitələrdən biri kimi UNİCEF-in də gündəliyindədir.

Məsələ bundadır ki, iyunun 12-də Avropa Oyunlarının açılış mərasimində UNİCEF-in xətti ilə Azərbaycan və digər ölkələrdən olan əqli qabiliyyəti aşağı və ya əlil olan uşaqlar da iştirak edirdilər. Onların sevinc və həyəcanını görmək hər kəsi təsirləndirmişdi. Amma Rebekka Vinsent vicdan və mənəviyyatı nə qədər itiribsə, idman, musiqi və mədəniyyətlə bərabər, uşaqların taleyini də siyasiləşdirməkdən çəkinmir. "Guardian" qəzeti isə utanmadan bu mənəviyyatsız yazıya öz səhifəsində yer ayırır.

Görünür, "Article 19" vasitəsilə Rebekkanın Azərbaycana qarşı apardığı "Sport for rights" kampaniyasından narazı qalan sifarişçilərin bu missiyanı "Amnesty İnternational"a həvalə etməsi bu xanımı çox həyəcanlandırıb. Sifarişi itirmək təhlükəsini görən Rebekka artıq olan-qalan mənəvi prinspiləri də tapdayaraq əlil uşaqlar mövzusu ilə spekulyasiyadan belə çəkinmir.

Göründüyü kimi, Azərbaycana qarşı vahid cəbhədə olsalar da, merkantil qrant maraqları antiazərbaycan kampaniyasının bu iki qanadını - "Article 19" ilə "Amnesty İnternational" üz-üzə qoyur.

Beynəlxalq hüquq üzrə İllinoys Universitetinin professoru və uzun müddət "Amnesty İnternational"ın ABŞ bürosunun idarə heyətinin üzvü olan Fransis Böylenin sözlərinə görə, bu təşkilat ABŞ və Böyük Britaniyanın xarici siyasət maraqlarına uyğun fəaliyyət göstərir. Yəni, Vaşinqton və London hansı ölkəyə qarşı kampaniya başlamaq qərarı verirsə, "Amnesty İnternational" bir alət kimi işə salınır. Cənab Böylenin dediyinə görə, "Amnesty İnternational"ın büdcəsinin 20 faizindən artığı müxtəlif kanallar vasitəsilə ABŞ tərəfindən, 25-40 faizə yaxını isə Böyük Britaniya tərəfindən ödənilir. "Amnesty İnternational"ın qayəsi insan hüquqları deyil, özünü reklamdır. İkinci məqsəd pul, üçüncüsü isə daha çox üzv əldə etməkdir..." Bunu da cənab Böylen deyir.
Antiazərbaycan kampaniyada "Article 19"u arxada qoyan "Amnesty İnternational" idmanı siyasiləşdirsə belə, məqsədinə nail ola bilmədiyini dərk edir. Ona görə də növbəti mərhələ kimi mədəniyyətin siyasiləşdirilməsi xəttini tutub. Kanadanın Monreal şəhərində U2 rok qrupunun konsertini siyasi təbliğat obyektinə çevirən "Amnesty İnternational" Azərbaycana qarşı uğursuz fəaliyyətində indi də bəzi nüfuzlu şəxslərə müraciət edir. Bununla, bu təşkilat sanki sübut etməyə çalışır ki, onun üzərinə qoyulan vəzifələri daha keyfiyyətlə icra etməyə qadirdir.

Amma fakt faktlığında qalır - Avropa Oyunlarının təntənəli açılışı "Amnesty İnternational"ın böyük pullar hesabına Azərbaycana qarşı apardığı kampaniyanı tamamilə puç etdi. Yəqin, bu kampaniyanın arxasında duranlar "Amnesty İnternational" və "Article 19"un bu uğursuzluğundan sonra yeni QHT axtarmalı olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm