Doğrulmayan ümidlər
Bizi izləyin

Qırmızı.az

Doğrulmayan ümidlər

Bakıda keçirilən Avropa oyunlarında yalnız çatışmazlıqlar axtaran və yarışı neqativ fonda təqdim edən anti-Azərbaycan dairələri, sən demə, yalnız bizdən yox, Bakıda olan xarici jurnalistlərdən də narazıdırlar.

Səbəb?

Məlum olduğu kimi, Avropa Oyunlarını işıqlandırmaq üçün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsində 800-dən çox xarici media nümayəndəsi qeydiyyatdan keçib və görünür, sözügedən dairələr onlara potensial “müttəfiq” kimi baxırdılar. Amma artıq oyunların 6-cı günüdür, əcnəbi jurnalistlərin böyük əksəriyyəti isə “ümidləri doğrultmur”. Onlar oyunların əsl mahiyyətinə uyğun olaraq idman sahəsi üzrə ixtisaslaşmış jurnalistlər olduğundan, təmsil etdikləri media orqanlarında da Avropa Oyunları, təşkilatçılıq, yarışlar və nəticələr haqda məlumat və analizlər dərc edir. Halbuki, anti-Azərbaycan dairələrin gözlədiyi başqa şeydir – onlara idman xəbərləri yox, Azərbaycandakı ictimai-siyasi vəziyyətə dair tənqidi məqalələr, “diktatura”, “mətbuata basqı”, “insan haqlarının pozulması”na dair icmallardır. Tərs kimi, Bakıdakı əcnəbi jurnalistlər tənqidi materiallar yaymırlar. Təbii ki, bu anti-Azərbaycan dairələrinin oyunların və ümumilikdə ölkəmizin gözdən salınması üçün hazırladıqları ssenariyə uyğun gəlmir. Və belə olan təqdirdə, həmin dairələr yeni “mövzu” kəşf ediblər – indi onlar iddia edirlər ki, güya tənqid və böhtan dolu məqalələrin olmaması Azərbaycan hökumətinin əcnəbi jurnalistlərin fəaliyyətinə “mədudiyyət tətbiq etməsi”nin nəticəsidir. Amma bu iddianı da arqumentləşdirmək asan deyil. Axı, Azərbaycanda qeydiyyatdan keçən əcnəbi jurnalistlərdən heç biri onlara hansısa qadağanın qoyulması və ya maneənin yaradılması haqda bir kəlmə də deməyib.

Anti-Azərbaycan dairələrinin əsəbiliyini anlayırıq, amma reallıq budur – Bakıya təşrif buyurmuş yüzlərlə jurnalist buraya böyük idman yarışını işıqlandırmağa gəlib və hansısa qərb dairələrinin təsir vasitəsinə çevrilmək istəmir. Üstəlik onların Bakıda gördüyü mənzərə bəzi Qərb KİV-nin təsvir etdiyindən tamamilə fərqlənir. Azərbycanda media üçün yaradılan şəraitin canlı şahidi olan, yaşayış yeri, nəqliyyat, qida ilə təmin olunan, dünya və olimpiya standartlarına uyğun media kəndində qalan, işləmək, yazmaq və yazdığını yaymaq üçün heç bir maneə görməyən əcnəbi jurnalisti zorla “tənqid” yazdırmaq istəyənlərə yalnız başsağlığı verə bilərik.

Keçmiş olsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm