Ölkəni qorxu altında saxlayan incə məxluqlar: mafioz qadınlar - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ölkəni qorxu altında saxlayan incə məxluqlar: mafioz qadınlar - FOTOLAR

Söhbət mafiya başçılarından düşdükdə, ilk növbədə Don Korleone və ya Toni Soprano kimi insanlar göz qabağına gəlir. Lakin bir çox qadınlar da kişilər kimi cinayətkar qruplaşmalara başçılıq ediblər. Onlar ilk baxışdan nənə, evdar xanım və ya hər hansı bir gecə əyləncəsindən çıxan qadına bənzəyir.

Publika.az cinayətkar qruplaşmaya başçılıq edən bir neçə zərif nümayəndənin üzvlərini təqdim edir.

Klaudiya Oçao Feliks

“Instagram” sosial şəbəkəsində Klaudia açıq-saçıq fotoları ilə məşhurdur. Lakin incə qadın Meksikanın “Los Antrax” bandasının lideridir. Bu bandanın hesabında muzdlu qətllər olmaqla yanaşı bir çox cinayətlər var. Bandanın əvvəlki başçısı Klaudiyanın sevgilisi Joze Rodriqo Areçiqa Qamboa olub. Üç adamın qətlində günahkar olduğu üçün polis Qamboanı həbs edə bilib. Bundan sonra, bandaya Klaudiya Oçao Feliks başçılıq etməyə başlayıb. Öz ağıl və cangüdənlərinin sayəsində polis Klaudiyanı indiyədək tuta bilməyib.

Anna Qristina

Bir neçə il bundan əvvəl, qəzet başlıqlarında “İstenddən olan madam” yazılardı. Burada “madam” sözü fahişəxana sahibəsinə işarə olunur. Anna Qrisitina əxlaqsızlıq yuvası saxlamaqla yanaşı insan alveri ilə də məşğul olub. Amma “Madamın” günahı rəsmən sübut etmək mümkün olmayıb. Əslən şotland olan Annanı çox uşaqlı ana olduğu üçün ABŞ-dan deportasiya edə bilməyiblər.

Rafaella D’alterio

Sən demə, Neapol mafiyasında nəinki, Xaç Atalar, hətta, Xaç Analar da varmış. Rafaella D’alterionun əri mafiya başçısı olub. Onun əri vəfat etdikdən sonra mafiyaya Rafaella başçılıq etməyə başlayıb. 3 il bundan qabaq aparılmış reyd nəticəsində Rafaella həbs olunub. Belə ki, “Böyük Pişik” adlandırdıqları Rafaellanın evindən 10 milyon dollar tapılıb. Bandanın 30 il müddətində 4 mindən artıq qətl törətməsi ehtimal olunur. Rafaellanın adı həmçinin, narkotik ticarəti, quldurluq, dələduzluq, saxta pul hazırlanması və digər cinayət işlərində hallanır.

Cudi Moran

İlk baxışdan təqaüdçü nənəyə bənzəyən qadın əslində Avstraliyanın “Moran” dəstəsinə başçılıq edib. Bu dəstə Avstraliyada narkotik ticarəti ilə məşğul olan ən məşhur qruplaşmadır. Banda başçılığı Cudiyə ərindən qalıb. Cudinin hər iki oğlu atışmada vəfat edib. Cudi isə 2009-cu ildə həbs olunaraq 26 il azadlıqdan məhrum edilib.

Sandra Avila Beltran

Meksika narkotik kartelinin başçısı Sandra daha çox “The Queen of the Pacific” (Sakit Okean kraliçası) adı ilə məşhurdur. Sandra çox ağıllı və hiyləgər olduğu üçün özündən sonra heç bir dəlil-sübut qoymayıb. O iki dəfə polis işçisi ilə evli olub. Sandranı 2007-ci ildə həbs etmək mümkün olub. Narkotik biznesi ilə məşğul olan rəqib qruplaşma Sandranı polisə “təhvil verib”. Belə ki, rəqib qruplaşma tərəfindən onun uşağı qaçırılaraq girov qismində 5 milyon dollar tələb olunub. Sandra isə uşağı xilas etmək üçün polisə müraciət edib. Polis “sadə evdar qadından” nəyə görə bu qədər miqdarda pul tələb olunduğunu araşdırdıqda, Sandranın əsl siması bəlli olub.

Mariya Liççardi

Mariya Liççardi-Neapol mafiyasının daha bir Xaç Anasıdır. O, “Liççardi” bandasına başçılıq edib. Onun bandasının gəlir mənbəyi insan ticarəti və seks xidmətləri olub. Qruplaşma Alban mafiyasından yetkinlik yaşına çatmayan qızlar almaqla məşğul olub. Belə ki, qruplaşma alban qızları İtaliyada iş vədi ilə aldadaraq seks köləsinə çevrib. İmtina edən qızlar isə qətlə yetirilib. Mariya Liççardini 2001-ci ildə həbs edilib. Hazırda o, həbsxanadadır.

Mariya Leon

Mariya Leonun cinayətkar həyatı aydın və dolğundur. 13-cü uşağının dünyaya gəlişi belə Mariyaya bandaya başçılıq etməyə əngəl yaratmayıb. Onun bandası ən ağır müxtəlif cinayətlərlə məşğul olub. Buraya, muzdlu qətl, insan alveri, narkotiklərin daşınması aiddir. Bir neçə il müddətində bu banda Los-Anceles sakinlərini qorxu altında saxlayıb. Meksika mafiyası altında gizləndiyi üçün onu tutmaq da mümkün olmurdu. 2008-ci ildə atışma zamanı onun oğlu qətlə yetirilib. Mariya isə oğlunun dəfnindı iştirak etmək üçün Meksikadan Los-Ancelesə qayıdıb. Həmin gün də Mariya həbs olunub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm