• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İmran Cəfərzadə vətənə qayıdır

İmran Cəfərzadə vətənə qayıdır

İmran Cəfərzadə sabah səhər saatlarında Praqa-Bakı reysi ilə Bakıya qayıdacaq.

Bu barədə Publika.Az-a İmran Cəfərzadənin xalası Fidan Baxşıyeva deyib.

“İmran valideynləri ilə birlikdə qayıdacaq. Sol ayaq bərpa edilib, sağ ayağa isə protez qoyulub. Yenidən Almaniyaya qayıdıb-qayıtmayacağı barədə məlumatımız yoxdur. Sol ayaqda hələ ki, əyrilik qaldığına görə, dəqiq deyə bilmirəm. Bu barədə həkimlər dəqiq fikir deyə biləcək”.

Xatırladaq ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadə içəri sorub. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib. Prezident İlham Əliyev İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib. İki yaşlı İmran Cəfərzadə iyulun 25-də Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün Almaniyaya yol salınıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR