Tələbələrdən Avropa Oyunlarına dəstək - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tələbələrdən Avropa Oyunlarına dəstək - FOTOLAR

“SABAH-ın könüllüsü” 1-ci Avropa Oyunları müddətində İçərişəhərdə ölkəmizə gəlmiş turistlərin suallarını cavablandırır və onları istiqamətləndirir.

Publika.az xəbər verir ki, bu istiqamətdə fəaliyyətini davam etdirərək “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə reallaşan “Ask me” (“Məndən soruş”) layihəsini həyata keçirir. Layihə şəhərimizə təşrif buyurmuş xarici qonaqların İçərişəhərlə bağlı suallarının cavablandırılması, qonaqların istiqamətləndirilməsi, onların şəhər infrastukturu və burada yerləşən qədim abidələrinin tarixi haqqında ətraflı məlumat almasının təmin edilməsi məqsədi daşıyır.

Layihədə Bakı şəhərinin 4 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti) SABAH qruplarının tələbələrindən ibarət könüllülər iştirak edir. “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 ay müddətində təlim verilmiş könüllülər üzərində “Ask me” yazılan köynəklər geyinərək əvvəlcədən İçərişəhərdə müəyyən olunmuş məntəqələrdə fəaliyyət göstərirlər. Könüllülər fəaliyyət dairələrinə yaxınlaşan turistlərin suallarını cavablandırır, İçərişəhərdə yerləşən qədim tarixi abidələr, ictimai iaşə obyektləri ilə bağlı onları məlumatlandırır və istiqamətləndirirlər. Hər bir turistə fərdi yanaşan könüllülər onlara Azərbaycan qonaqpərvərliyini nümayiş etdirir, söhbət əsnasında onlara ölkəmiz haqqında məlumat verir və ehtiyac duyan qonaqları getmək istədiyi əraziyə qədər müşayiət edirlər.

“Bakı 2015” 1-ci Avropa Oyunlarını dəstəkləyən, onun vacibliyini və tələbələrin inkişafına verdiyi faydanı təbliğ edən SABAH qruplarının tələbələrindən ibarət könüllülərin Avropa Oyunlarının sonuna qədər İçərişəhərdə fəaliyyəti nəzərdə tutulub.

Sonda layihə iştirakçıları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sertifikat və “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olunacaqlar.

Məlumat üçün qeyd edək ki, SABAH qruplarında təhsil alan tələbələrdən ibarət könüllülər və “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən 2015-ci ilin aprel ayından “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək olaraq fəaliyyətə başlayıb. Bakı şəhərinin 7 ali təhsil müəsisəsinin SABAH qruplarında təhsil alan 100 könüllü tələbəsinin iştirakı ilə Avropa Oyunlarına dəstək olaraq, “SABAH-ın Şifrəsi” intellektual komanda oyunu, 300-dən artıq tələbənin iştirakı ilə “SABAH Fest” adlı tədbir təşkil olunub.

"SABAH-ın könüllüsü" proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm