Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 24-də saat 10:00-da Qazax şəhərindəki Şahmat Mərkəzində (Bakı küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən Publika.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 23-ü saat 10:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlarqızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm