Binəqədidə tapılan kərgədanın yaşı müəyyən edildi
Bizi izləyin

Qırmızı.az

Binəqədidə tapılan kərgədanın yaşı müəyyən edildi

“Binəqədi fauna və flora qəbiristanlığından tapılmış kərgədanın mütləq yaşı 190 min deyil, məhz 45 min, ardıcınkı isə 55 min il müəyyən edilib”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov elmi şuranın növbəti iclasında deyib.

Onun sözlərinə görə, qazıntıların bir qisminin holosenə aid olduğu məlum olub.

O bildirib ki, H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin (TTM) mövzu üzrə gördüyü işlər ölkədə təbiətin qədim tarixinin öyrənilməsi, elmin təbliği və elmi potensiala söykənən turizmin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Muzeyin əməkdaşları son illər bu istiqamətlərdə mühüm nəticələr əldə ediblər.


TTM-in rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. O, son 3 ildə Binəqədi fauna və flora qəbiristanlığında qazıntı işlərinin aparılması nəticəsində 30 mindən çox sümük, diş, lələk və buğumayaqlıların xitin örtüklərinin aşkar olunduğunu, bitumdan təmizləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, 3 yeni quş növü və xeyli yeni bitki növü də muzeyin kolleksiyasına əlavə olunub.


Tapıntılar üzərində aparılmış tədqiqatların nəticələri 2015-ci ilin martında Moskvada Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu, apreldə isə Los-Anceles şəhərinin George C. Page və Təbiət Tarixi muzeylərinin rəhbərlikləri ilə müzakirə edilib. Görüşlərdə hər 3 təşkilat ilə əməkdaşlıq imkanlarından da bəhs olunub.


D.Hüseynov bildirib ki, yeni qərara əsasən, bu ildən etibarən doktoranturaya qəbul imtahanları test üsulu ilə aparılacaq və bununla əlaqədar olaraq, GGİ-nin aparıcı alimləri oktyabrın 1-nə qədər 15 elmi istiqamət üzrə test sualları hazırlamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm