42 mindən çox şagird ana dilindən “2” aldı
Bizi izləyin

Qırmızı.az

42 mindən çox şagird ana dilindən “2” aldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində Respublikanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanların yekun nəticələrini açıqlayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, eyni gündə saat 10:00-da buraxılış sinfinin IX, saat 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdiriblər.

Bu imtahanlarda 105346 nəfər IX sinif şagirdi, 86156 nəfər XI sinif şagirdi iştirak edib. 9-cu sinif üzrə buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub.

9-cu sinif keçirilmiş buraxılış imtahanında iştirak edənlərin ana dili üzrə 25329-u (24.09%) “2”, 46525-i (44.25%) “3”, 20681-i (19.67%) “4”, 12606-ı (11.99%) “5” qiymət alıb.

Riyaziyyat üzrə 28283 nəfər (26.85%) “2”-i, 41841 nəfər (39.72%) “3”, 21383 nəfər (20.30%) “4”, 13839 nəfər (13.14%) “5” qiymət alıb.

Tədrisi ingilis dilində olan orta məktəblərdə riyaziyyat fənni üzrə yekun qiymətləndirmə orta ümumtəhsil müəssisəsi məktəblərində 5 nəfər “2” (4.67%), 29 nəfər “3” (27.10%), 56 nəfər “4” (52.34%), 17 nəfər “5” (15.89%) alıb.

Tədrisi gürcü dilində olan orta məktəblərdə riyaziyyat fənni üzrə yekun qiymətləndirmə orta ümumtəhsil müəssisəsi məktəblərində 21 nəfər “2”(21.43%), 63 nəfər “3” (64.29%), 13 nəfər “4” (13.27%), 1 nəfər isə “5” (1.02)alıb.

11-ci sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib.

Ana dilindən 17089 nəfər (19.87%) “2”, 32130 nəfər (37.35%) “3”, 22240 nəfər (25.85%) “4”, 14560 nəfər (16.93%) “5” alıb. Riyaziyyatdan 18552 nəfər (21.53%) “2”, 28096nəfər (32.61%) “3”, 24706 nəfər (28.68%) “4”, 14802 nəfər (17.18 %) “5” alıb.

Xarici dil üzrə 15942 nəfər (18.71%) “2”, 36753nəfər (43.12%) “3”, 14317nəfər (21.37%) “4”, 14317 nəfər (16.80 %) “5” alıb.

Kimya fənni üzrə nəfər182 (19.57%) “2”, 546nəfər (58.71%) “3”, 145 nəfər (15.59%) “4”, 57nəfər (6.3%) “5” alıb.

Tədrisi ingilis dilində olan orta məktəblərdə riyaziyyatdan 2 alan olmayıb, 1 nəfər (3.33%) “3”, 25 nəfər (83.33) “4”, 4 nəfər (13.33%) “5” alıb.

Bu məktəblərdə xarici dildən də 2 alan olmayıb. 1 nəfər (3.45%) “3”, 8 nəfər (27.59%) “4”, 20 nəfər (68.97%) “5” alıb. Bu məktəblərdə cəmi bir nəfər kimya fənnindən imtahan verib, “3” alıb. Tədrisi gürcü dilində olan orta məktəblərdə 25 nəfər (23.36%) “2”, 61 nəfər (57.01%), “3”, 19 nəfər (17.76%) “4”, 2 nəfər (1.87%) “5” alıb. Xarici dildən isə 13 nəfər (12.15%) “2”, 57 nəfər (53.27%) “3”, 28 nəfər (26.17%) “4”, 9 nəfər (8.41%) “5” alıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm