Abel Məhərrəmov “Bakı -2015”in qalibləri ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Abel Məhərrəmov “Bakı -2015”in qalibləri ilə görüşdü

Bakı Dövlət Universitetində Bakı-2015 Avropa oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal sahibi, universitetin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2014-cü il məzunu Ayxan Mamayev və Avropa oyunlarında 2 uğurlu çıxışı ilə yadda qalan filologiya fakültəsinin 2-ci kurs tələbəsi Fəridə Abiyeva ilə görüş keçirilib.

Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Bakı-2015 Avropa Oyunlarının doğma vətənimizdə keçirilməsi tarixi hadisədir.

Oyunlarda 250 istiqamət üzrə 3000 universitet könüllüsünün fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qızıl medal sahibi Ayxan Mamayevi təbrik edərək ona gələcək həyatında və yarışlarda uğurlar arzulayıb. Rektor bu uğuruna qədər Ayxan Mamayevin keçdiyi idman yolu haqqında məlumat verib. Məlum olub ki, o, 7 yaşından şotokan karate do idman növü ilə məşğul olur. Dəfələrlə dünya və Avropa çempionatlarının, İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Rektor həmçinin Avropa Oyunlarında uğurlu çıxışları ilə yaddan qalan Fəridə Abiyevanın 5 yaşından eyni idman növü ilə məşğul olduğunu, onun 10 qat respublika çempionu, dünya kubokunun sahibi və bir sıra beynəlxalq turnirlərin qalibi olduğunu diqqətə çatdıraraq, gələcək oyunlarında qələbə arzulayıb.

Ayxan Mamayevin final görüşü izlənildikdən sonra rektor iştirakçılara universitetin xatirə hədiyyələrini təqdim edib.

Ayxan Mamayev universitetdə oxuduğu müddətdə hər zaman rektorun diqqət və qayğısını hiss etdiyini, məzunu olduğu ali təhsil ocağında keçirilən bu tədbirin əhəmiyyətini qeyd edərək təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm